- Baxış sayı: 17
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İspaniya la liqasında oktyabr ayının baş məşqçisi seçilib.
Allsport.az xəbər verir ki, bu ada “Barselona”nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb. “Barsa” alman mütəxəssislə ay ərzində keçirdiyi üç oyunun hamısında inamlı qələbə qazanıb. Kataloniyalılar “Alaves”i 3:0, “Sevilya”nı 5:1 və “Real Madrid”i 4:0 hesabıyla üstələyiblər.
Bu Flikin ikinci mükafatıdır. O, avqust ayının da ən yaxşısı seçilmişdir.