- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Azərbaycan şahmatçısı Azər Mirzəyev Litvanın Panevejis şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutub. Allsport.az saytı xəbər verir ki, sonuncu turda yerli İlmars Starostinə qarşı ağ fiqurlarla heç-heçə edən qrossmeysterimiz, yarışın yekununa görə 5,5 xal toplayıb.
Sergey Matsenkonun hesabında da eyni sayda xal vardı. Turnirin təşkilatçıları əlavə əmsalları nəzərə alaraq, 2-ci yerin rusiyalıya verilməsini qərara alıblar. Qalib adını polşalı Marsel Kanarek qazanıb.