- Baxış sayı: 102
- 10 Dekabr 2025 22:10

- Baxış sayı: 196
- Dekabr 19, 2025
- 0


Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət 2-ci komandamız Bakıda aerobika üzrə dünya yaş qruplarının finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, gimnastlarımızın çıxışı 17,950 xalla qiymətləndirilib və onlar 6-cı yer tutublar.
Məryəm Topçubaşeva, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət 1-ci komanda 17,600 xalla 10-cu olub və həlledici mərhələyə adlaya bilməyiblər.
12-14 yaş kateqoriyasında çıxış edən trioların çıxışında Azərbaycan-2 ilə yanaşı, Rusiya, Rusiya-2, Macarıstan, Macarıstan-2, Portuqaliya, Bolqarıstan və Ukrayna-2 komandaları finalda mübarizə aparacaqlar.
Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar mübarizə aparırlar.