Azərbaycan boksçuları beynəlxalq turnirdə

Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək.

Allsport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Həmin kateqoriyadan