YENİLƏNİB
Ardıcıl ikinci məğlubiyyət

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, ikinci qrup mərhələsinin “H” qrupundakı bu dəfəki oyun Koreya komandasına qarşı olub.

Qeyd edək ki, yığmamız ötən gün baş tutan Sankt-Peterburqla oyunda 2:4 hesablı məğlubiyyətlə üzləşdiyindən bu gün keçirilən görüşdən mütləq qalib ayrılmalıydı. Lakin Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunan oyun millimiz üçün yenə uğursuz alınıb. Futbolçularımız 3 cavabsız qola üzülüblər.

Azərbaycan millisi ilkin qrup mərhələsində Yaponiya (1:0) və Rusiya-2 komandalarına (4:2) qalib gəlmişdi.

Valentin Qranatkinin xatirə turniri
“H” qrupu
8 yanvar

Azərbaycan – Koreya 0:3 (0:1)
Qollar: Kim Minho, 8. Kang Jihun, 57. Lim Minhyeok, 73.
Hakimlər: Gennadi Anoşin, İlya İvanov, Aleksandr Rodionov (Rusiya).
Sarı vərəqə: Elvin Sərkərov, 27.
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi

Azərbaycan: 12. Tolqa Şahin, 5. Renat Ağaverdiyev (3. Elməddin Məmmədov, 64), 7. Mahir Mədətov (17. Fərid Kərimzadə, 82), 8. Emin Zamanov, 10. Elnur Cəfərov (11. Umar Akmurzayev, 79), 14. Yusif Nəbiyev, 18. Elvin Sərkərov (9. Şahban Cəbrayılov, 41), 20. Roman Hüseynov, 21. İlkin Sadıqov (6. Əlibəy Məmmədli, 60), 23. Elgün Uluxanov (2. Sertan Taşkın, 46), 27. Bəhlul Mustafazadə (k)
Ehtiyatda qalanlar: 1. Ağaseyid Qasımov, 22. Turan Hüseynzadə, 24. Ayxan Əsədov

Koreya Respublikası: 1. Song Bumkeun, 3. Vu Çanyan (14. Shin Chanvoo, 38), 4. Kim Minho, 5. Kim Sokçin, 6. Kang Jihun (10. Han Beomseo, 79), 8. Lim Minhyeok, 9. Han Chanhee, 11. Kim Daevon (7. Na Junsu,), 13. Choe İkjin (15. Byun Sohoo, 90+1), 16. Lee Jinhyun (12. Park Hanbin, 58), 17. Lee Dongyun (k) (2. Kvon Gipyo, 72)
Ehtiyatda qalan: 18. Kim Dongheon

Həmin kateqoriyadan