Azərbaycan çempionatı Naxçıvanda! Mükafat fondu 22 000 manatdır

Şahmat federasiyasının təsdiqlədiyi plana əsasən kişilərdən ibarət ölkə çempionatının tarixi məlum olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın ən güclülərinin rəqabəti fevralın 5-də Naxçıvanda start götürəcək.

İlin ilk şahmat yarışının Naxçıvan şahmat federasiyasının dəstəyi ilə muxtar respublikasında keçirilməsində əsas məqsəd, bu idmanda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda bölgədə şahmata olan marağı artırmaqdır.

40 iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Azərbaycan şahmat federasiyası rəqabəti yüksəltmək məqsədi ilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq ölkə çempionatının ümumi mükafat fondu 22 000 manat təşkil edəcək.

Həmin kateqoriyadan