- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Dekabrın 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar.
Üç gün davam edəcək turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatın birinci günündə kişilərin yarışında 54, 63 və 87, qızlar arasında isə 67 kiloqram çəki dərəcələri üzrə mübarizə aparılıb.
Respublika çempionatının ilk gününün qaliblərini təqdim edirik:
Kişilər -54 kq
1. Məcid Sofiyev – Qəbələ İK
2. İlham Əliyev – Sumqayıt
3. Natiq Abdullayev – Gilan TK
3. Seymur Şahbazov – Fateh TK
Kişilər -63 kq
1. Maqomedyasin İbraqimov – Gilan TK
2. Mahmud Həsənov – Axundov TK
3. Sənan Mehtiyev – Qəbələ İK
3. Kənan Sadıqlı – Sumqayıt
Kişilər -87 kq
1. Bayraməli Vəliyev – Neftçi İC
2. Ramin Əzizov – Neftçi İC
3. Hüseyn Əlizadə – 5 saylı Gömrükçü İK
3. Elnur Məhərrəmov – Gəncə
Qadınlar -67 kq
1. Fəridə Əzizova – DİN İC
2. Daria Şkurko – Gilan TK
3. Yelena Abbasova – Sumqayıt
3. Marina Tedeyeva – Gilan TK