- Baxış sayı: 55
- 14 Aprel 2025 15:15
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.
Allsport.az xəbər verir ki, yarış 9 turdan ibarət olacaq.
İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olanlar isə üçüncü yer uğrunda yarışacaq.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.