- Baxış sayı: 44
- 14 Aprel 2025 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2025
- 0
Gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyasının təşkilatçılığı “Təhsil” respublika idman mərkəzinin dəstəyi ilə keçirilən şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, Zuğulba tədris idman bazasında təşkil edilən yarışın bağlanış mərasimi keçirilib. Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov və Ayan Hüseynli (16 yaşadək), Rəvan Oğuzov, Nurtən Nuriyeva (18 yaşadək) ən çox xal toplamaqla birinci yeri tutub.
Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb. Yarışda ümumilikdə 136 şahmatçı mübarizə aparıb.