- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçuların Avropa kubokunun ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, 50 kq-da Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gəlib.
55 kq-da Ayxan Mirzəzadə və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.
60 kq-da Ümüd Qurbanov 3-cü yür üçün görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.
Qızların mübarizəsində 48 kq-da Vüsalə Hacıyeva 5-ci, 40 kq-da Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında 55 kq-da Həsən Həsənli isə 5-ci yerə çıxıb.