Azərbaycan cüdoçuları Tatada təlim-məşq toplanışında iştirak edir

Allsport.az xəbər verir ki, millinin üzvləri 11-15 apreldə Avropa cüdo birliyinin təşkilatçılığı ilə Macarıstanın Tata şəhərində olimpiya təlim düşərgəsində iştirak edir. Hazırlıq prosesinə 38 ölkədən 300-dən çox idmançı qatılıb.

Təlim-məşq toplanışında Turan Bayramov, Balabəy Ağayev, Əhməd Yusifov, Orxan Səfərov, Hidayət Heydərov, Səid Mollayi, Zelim Tçkayev, Məmmədəli Mehdiyev, Murad Fətiyev, Zelim Kotsoyev və Uşanqi Kokauri iştirak edirlər. Cüdoçulara performans direktoru Mark Vanderham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.

Həmin kateqoriyadan