- Baxış sayı: 39
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Çex respublikasının Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) bürünc medal qazanıb. Cüdoçumuz Aytən Verdiyeva (52 kq) yarışı 7-ci yerdə başa vurub.
Oğlanlar arasında 55 kq çəkidə final görüşündə 2 cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.