- Baxış sayı: 70
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Azərbaycan idmançısı Akif Quluzadə mayın 3-də “ONE Championship”in aylıq döyüş seriyası olan “ONE Fight Night” turnirində rinqə çıxacaq.
Allsport.az xəbər verir ki, idmançı flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimako ilə qarşılaşacaq. 19 yaşlı döyüşçü indiyədək “ONE Friday Fights”da 3 qələbə qazanıb və peşəkar rekordunu 18-2-yə çatdırıb.
Qarşılaşma Bakı vaxtı ilə 3 may, saat 04:00-da başlayacaq.