Azərbaycan hakimləri Avropa cüdo birliyinin seminarında

Portuqaliyanın Koimbra şəhərində Avropa cüdo birliyinin təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən 150-dən çox hakim və 50 məşqçi iştirak edib. Azərbaycanı ACF-in prezidentinin müşaviri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz HüseynovArzu Acalova təmsil ediblər.

Məşğələ zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları və onların təhlükəsiz tətbiqi iştirakçıların diqqətinə çatdırılıb. Mübahisələrə səbəb olan epizodlar təhlil olunub.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Müxtəlif hallar əyani formada tatami üzərində də nümayiş olunub. Sonda təlimdə iştirak edən məşqçilərə və hakimlərə sertifikatlar verilib.

Həmin kateqoriyadan