- Baxış sayı: 43
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun təqvimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq.
4 turdan sonra hər 2 kollektiv itkisiz irəliləyir. 2-ci komandamız Türkmənistanla, 3-cü Zimbabve ilə qarşılaşacaq. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə dünən 3-cü millimizə qalib gəlib.
Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. 2-ci millimiz İspaniyanı, 3-cü Özbəkistanı sınağa çəkəcək. 3-cü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.