Azərbaycan millisi Rusiya şahmatçılarına qalib gəlib sona 1 tur qalmış öncüllüyü ələ keçirdi

Kişi şahmatçılarımız Yunanıstanın Krit adasında komandalararası Avropa çempionatında uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 6-cı turda bu idman növünün aparıcı ölkəsi Ermənistanı məyus edən qrossmeysterlərimiz, 8-ci turda digər hegemon kollektiv – Rusiyaya qalib gəlib.

Rusiya – Azərbaycan 1:3

Aleksandr Qrişuk (2785) – Şəhriyar Məmmədyarov (2791) 0:1
Yan Nepomnyatçını (2785) – Teymur Rəcəbov (2741) 0:1
Maksim Matlakov (2730) – Arkadi Naydiç (2702) 1:0
Danil Dubovun (2677) – Rauf Məmmədov (2678) 0:1

Bu qələbə ilə Azərbaycan komandası 13 xalla liderliyə yüksəlib. Hesabında 12 xal olan Rusiya və Ukrayna 2-3 yerləri bölüşdürürlər. Çempionata sabah yekun vurulacaq. Millimiz adı 2-ci çəkilən yığma ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan