Azərbaycan millisi tam tərkibdə rapid və blits üzrə dünya çempionatında

Bu gün Almaniyanın paytaxtında rapid və blits üzrə dünya çempionatları start götürəcək. Allsport.az saytı xəbər verir ki, turnirlərdə təqribən 200 şahmatçı, o cümlədən 161 qrossmeyster iştirak edir. Azərbaycan 7 nəfərlə ilə təmsil olunur.

Planetimizin ən güclü şahmatçısı Maqnus Karlsen yarışlara dünya çempionu statusunda başlayacaq. Onunla dünyanın bir sıra aparıcı qrossmeysterləri və şahmatçıları, o cümlədən azərbaycanlı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Quliyev, Zaur Məmmədov mübarizə aparacaqlar.

Rapid üzrə dünya çempionatı oktyabrın 10-12-də keçiriləcək. 15 turdan ibarət turnirin hər partiyasına 15 dəqiqə + hər gedişə 10 saniyə vaxt veriləcək. Blits turnir isə oktyabrın 11-12-də 3+2 vaxt nəzarəti ilə keçiriləcək və 21 turdan ibarət olacaq.

Yarışların ümumi mükafat fondu 400 min dollardır.

Xatırladaq ki, hazırda klassik şahmat, rapid və blits üzrə dünya çempionu norveçli Maqnus Karlsendir. O, Almaniyanın paytaxtında bu titullardan ikisini saxlamaq uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan