- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünən Rusiya çempionatında keçirilmiş növbəti turda «Zenit» evdə Krasnodarın eyni adlı komandasını 4 cavabsız qola yenib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra piterlilərin Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev şimallı həmkarlarımıza açıqlama verib. O, «ay-ulduzlu» formadan imtina səbəbini, Rusiya çempionatında legioner sayılacağı ilə əlaqələndirməyib:
«Yorğunluq hiss etmədim. Bu gedişlə Çempionlar Liqasında «Monako»ya qarşı da yüksək səviyyədə oynaya bilərəm. AFFA ilə danışıqlarımız olub. Hələ ki, bu ölkənin yığma komandasında çıxışa razılıq verməmişəm. İmtinaya səbəb, Rusiyada legioner statusu alacağımla bağlı deyil. Burada başqa məqamlar var və bunu elan etmək istəmirəm».