- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bazeldə keçirilən beynəlxalq şahmat festivalı başa çatıb. Allsport.az xəbər verir ki, festivalın Masters turnirində Azərbaycan nümayəndəsi qrossmeyster Arkadi Naydiç 7 mümkün xaldan 5,5 xal toplayaraq qalib gəlib.
Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Artur Paypers (Hollandiya), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Andreas Hayman, Yan Mik Şprenqer (hər ikisi – Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalıblar.
Sonuncu turda qara fiqurlarla oynayan Azərbaycan nümayəndəsi serbiyalı qrossmeyster Mixac Stoyanoviçə qalib gəlib.