Azərbaycan prezidentinin ailə üzvləri Bakı Şahmat Olimpiadasında sərgi ilə tanış olub

Bu gün Bakıda Ümumdünya Şahmat Olimpiadasının növbəti turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə Arzu Əliyeva və ailə üzvləri “Büllur saray”da oyunları izləyib, arenada açılan sərgi ilə tanış olublar.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov məlumat verib ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə olimpiada tarixində rekord göstəricidir.

Arzu Əliyeva qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli Hou Yifan ilə söhbət etdi, onunla xatirə şəkli çəkdirdi.

Sonra Arzu Əliyeva və ailə üzvləri Olimpiadanın sərgi salonuna baxdılar. Məlumat verildi ki, olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.

Daha sonra Arzu Əliyeva və ailə üzvləri şərhçilər otağına da baş çəkdilər. Burada onlara olimpiadanın gedişi, həmçinin Azərbaycanda şahmatın, o cümlədən uşaq şahmatının inkişafı ilə bağlı ətraflı məlumat verildi.

Arzu Aliyeva's visit 17_Maria Emelianova

Həmin kateqoriyadan