Azərbaycan qarşıdurması sülhlə bitib

Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2019” superturnirində 2-ci turun partiyaları oynanılıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib.

Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen Hindistan təmsilçisi Vişvanatan Ananda, çinli Dinq Liren Rusiya şahmatçısı Aleksandr Qrişuka, digər rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Giriyə qalib gəlib.

Bolqarıstanlı Veselin Topalov və çexiyalı David Navaranın partiyası sülhlə bitib. 2 turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.

Həmin kateqoriyadan