Azərbaycan qrossmeysteri “Corsican Circuit” beynəlxalq şahmat turnirində

Sabah Fransanın Bastiya şəhərində 21-ci “Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək.

Əvvəlcə 81 şahmatçının, o cümlədən 9 qrossmeysterin iştirakı ilə “Open Oscaro” keçiriləcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Onun yekunlarına əsasən rapid üzrə “Corsica Masters” turnirinin 16 iştirakçısı müəyyən ediləcək.

“Corsica Masters” oktyabrın 29-da Ayaçço şəhərində keçiriləcək. Beynəlxalq şahmat turnirinin reytinq-favoritləri amerikalı Qata Kamski, rusiyalı Aleksey Dreyev və ukraynalı Vladimir Onişşukdur.

Həmin kateqoriyadan