- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub. Allsport.az xəbər verir ki, dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb.
22 mümkün xaldan 18-ini toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.
Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.