- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İranın Rəşt şəhərində “13th Khazar International Open Chess Tournaments” 13-cü Açıq Beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışlar müxtəlif qruplarda keçiriləcək.
“A” qrupunda reytinqi 2100 və ondan yuxarı, “B” qrupunda reytinqi 2100-dən aşağı olan şahmatçılar, “C” qrupunda qadın şahmatçılar, “D” qrupunda isə 14 yaşa qədər yuniorlar yarışacaqlar. İştirakçıların ilkin siyahısına görə, Rəştdə Azərbaycanı qrossmeyster Azər Mirzəyev, habelə Misrəddin İsgəndərov, Nərmin Kazımova, Vüqar Bayramov, Ramil Əlləzov, Zaur Bayramov, Rəşad Zeynallı, Oğuz Abışlı və digərləri təmsil edəcəklər.
“13th Khazar International Open Chess Tournaments” turniri fevralın 11-17-dək İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.