- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Kişi taekvondoçulardan ibarət millimiz Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. Allsport.az saytı xəbər verir ki, yarımfinalda türkiyəli həmkarlarını üstələyən (33:3) dayanq ustalarımız, həlledici görüşdə Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl 2-ci dəfə bu uğura yetişib. Ötən il Meksikada təşkil olunan və Dünya Kuboku adlanan yarışda da millimiz baş mükafata yiyələnmişdi.
Komandamız bu uğuru Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi – 68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə qazanıb.
Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Bu döyüşdə addı 1-ci çəkilən ölkənin taekvondoçuları dünya çempionu olublar (6:4).