- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 123
- Fevral 06, 2026
- 0

Şuşada beynəlxalq şahmat turniri tarixə düşüb. Allsport.az saytı xəbər verir ki, ilk dəfə Odlar yurdunun bu səfalı şəhərində dünya səviyyəli idman tədbiri keçirilir. AŞF-in rəhbəri Mahir Məmmədov məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnun qalıb.
2022-ci ilin “Şuşa ili” elan olunduğunu xatırladan federasiya prezidenti, ölkə başçısı İlham Əliyevə 30-illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib:
“Turnirin ənənəvi olması üçün əlimizdən gələni edəcəyik. Bu məsələ ilə bağlı çox suallar verilir. Hazırda ilk yarış təşkil olunur. Bizim mənəvi haqqımız yoxdur ki, bu turnir ənənəvi olmasın”.