- Baxış sayı: 39
- 29 Yanvar 2026 10:23
- Baxış sayı: 187
- Yanvar 29, 2026
- 0

Azərbaycan boksçusu Sübhan Məhəmmədov (48 kq) dünya çempionu olub. Allsport.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Dubayda keçirilən yarışda bu titula yiyələnib.
Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda erməni əsilli rusiyalı idmançı Edmond Xudoyanla qarşılaşıb. Həmyerlimiz özündən 10 yaş böyük olan rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Beləliklə, millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.