- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bu gün Azərbaycan və Misir Şahmat federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanı AŞF-in prezidenti Elman Rüstəmov və MŞF-in rəhbəri Haşem Elgendani imzalayıblar. Razılaşmaya, əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.
İmzalanma mərasimində sonra suallara cavab verən AŞF-nin prezidenti Elman Rüstəmov müqavilənin vacibliyindən danışıb: “Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən şahmatçılar Azərbaycanda və ya Misirdə təlim-məşq toplanışlarında iştirak edə bilər, hakimlərimizin təcrübə mübadiləsi aparılacaq”.