Azərbaycan və Özbəkistan şahmat federasiyaları əməkdaşlığı müzakirə edib

Özbəkistan şahmat federasiyasının sədri Əlişir Sadullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AŞF-in 1-ci vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova və federasiya nümayəndələri iştirak ediblər.

Faiq müəllim, ölkəmizdə şahmata olan dövlət qayğısından danışaraq zəka sahiblərinin daim həm komanda, həm də fərdi yarışlarda böyük qələbələr qazandığını bildirib. Federasiya rəsmisi Azərbaycanda mütəmadi olaraq şahmat üzrə böyük turnirlərin o cümlədən – 2015-ci ildə dünya kuboku, 2016-cı ildə ümumdünya şahmat olimpiadasının eləcə də superturnirlərin yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.

Görüş üçün minnətdarlığını bildirən qonaq, Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu söyləyib. Söhbət, federasiyalar arasında əməkdaşlıq barədə fikir mübadiləsi ilə davam etdirilib. Tədbirin sonunda Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.

Həmin kateqoriyadan