Azərbaycan və Ukraynanın qadın yığmaları beynəlxalq şahmat günündə görüşəcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları 20 iyul beynəlxalq şahmat gününə həsr edilən onlayn turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər ölkədən 10 nəfər mübarizə aparacaq.

Bizi Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcəklər.

Mücadilə 21 iyulda start götürəcək və 3 gün davam edəcək. Ümumilikdə 20 turlu yarış dövlət neft şirkəti, eləcə də Azərbaycan və Ukrayna şahmat federasiyalarının təşkilatçılığı ilə olacaq. 

Həmin kateqoriyadan