- Baxış sayı: 52
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0
Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana qarşı keçirdiyi oyunun nəticəsi şübhə altına düşüb. Allsport.az xəbər verir ki, belə bir iddia ilə Qazaxıstan mətbuatı çıxış edib.
Həmin iddiada qeyd olunur ki, 2011-ci ilin 3 iyununda Astanadakı “Astana Arena”da keçirilmiş həmin oyunun nəticəsi öncədən razılaşdırılıbmış.
Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı.