“Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik”

Bu gün Rusiya stolüstü tennis yığması MDB ölkələrinin III oyunlarında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib.

Allsport.az xəbər verir ki, heyəti Gəncə beynəlxalq hava limanında III MDB oyunlarının təşkilat komitəsinin üzvləri və KİV nümayəndələri qarşılayıblar.

Jurnalistlərə açıqlamasında Rusiya qadın stolüstü tennis komandasının məşqçisi Sergey Brusin qarşıdakı turnirdən gözləntilərini bölüşüb:

“Qonaqpərvər Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik.

Moskva vilayətində yerləşən Bronnitsı şəhərində turnirə hazırlıq keçmişik. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Stolüstü tennis yarışları Qəbələ şəhərindəki olimpiya idman kompleksində keçiriləcək.

Həmin kateqoriyadan