- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
“Vüqar Həşimovun xatirəsinə keçirilən 7-ci beynəlxalq superturnir yüksək səviyyəlidir. Yarışda tanınmış, həmçinin gənc şahmatçılar oynayır. Azərbaycanı yarışda güclü heyət təmsil edir”. Allsport.az saytı xəbər verir ki, bunu AŞF-in 1-ci vitse-prezidenti Faiq Həsənov deyib. Onun sözünə görə, komandamızın heyətində yer alan dünyaşöhrətli Şəhriyar Məmmədyarovla yanaşı, gənc şahmatçılarımızın da perspektivləri böyükdür:
“Komandamızın heyətində yer alan Rauf Məmmədov sürətli şahmat və blits üzrə ən yaxşı oyunçulardan biridir. Bu il sürətli şahmat üzrə Azərbaycan çempionu olub. Turnirin favoritlərindən hesab olunur. Gənc şahmatçılardan Aydın Süleymanlı və Abdulla Qədimbəylini xüsusi qeyd etmək istəyirəm. Adını son çəkdiyim bu il 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi olub”.