- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq cüdo federasiyası Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və ən yüksək – “A” dərəcənin alınması üçün imtahan keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda 13 ölkənin nümayəndələri, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib.
İlk 2 gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.
Ardınca onlar mayın 13-15-də Almatıda yeniyetmələrin və gənclərin Asiya kubokunda praktiki imtahan veriblər. Hər 2 imtahanı yüksək nəticə ilə keçən həmyerlimiz “A” kateqoriyalı lisenziyasına yiyələnib. Sonuncu dəfə Azərbaycan təmsilçisi bu kateqoriyaya 2014-cü ildə layiq görülüb.