Azərbaycanın təşəbbüsü ilə Türkdilli ölkələrin şahmat assosiasiyası yaradılıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci ümumdünya şahmat olimpiadasının son günündə FİDE-nin baş assambleyasının iclasında Türkdilli ölkələrin şahmat assosiasiyasının yaradılması qərara alınıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmat federasiyası tərəfindən türkdilli ölkələrin şahmat sahəsində əməkdaşlığını və əlaqələrini gücləndirmək üçün xüsusi qurumun yaradılması təklif olunub.

Bununla bağlı çıxış edən AŞF-nin baş katibi İlahə Qədimova, türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb, təşkilatın əsas hədəfləri barədə məlumat verib. FİDE-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib. Beləliklə, Türkdilli ölkələrin şahmat assosiasiyası yaradılıb. Qurumun ilk üzvləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan olub.

Təşkilata rəhbərlik 2 il müddətinə seçiləcək və növbəlilik əsasında həyata keçiriləcək. Əsas məqsəd, türkdilli ölkələr arasında şahmatda da əlaqələri genişləşdirmək və mütəmadi olaraq müxtəlif birgə layihələri reallaşdırmaqdı.

Həmin kateqoriyadan