- Baxış sayı: 23
- 23 Mart 2026 11:16
- Baxış sayı: 316
- Mart 22, 2026
- 0

Azərbaycanın FİFA hakimləri ilk dəfə çempionlar liqasının qrup mərhələsinin oyununu idarə ediblər. Allsport.az saytı xəbər verir ki, Əliyar Ağayev “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund) matçının baş hakimi olub.
Həmyerlimiz 1:1 başa çatan görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana rəsmi xəbərdarlıq edib.
Bu oyunda ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olublar. 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.