Azərbaycanlı futbolçuların klublarından 4 qolluq heç-heçə

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçular – Mahir Şükürovla Rail Məlikovun komandası – müvafiq olaraq “Karşıyaka” ilə “Dənizlispor” üz-üzə gəlib.

Qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Şükürov start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. Məlikov isə matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Karşıyaka” hazırda 18 xalla 6-cıdır. “Dənizlispor” isə 13 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan