- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Yaponiyada beynəlxalq cüdo təhsili proqramı üzrə seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə müxtəlif dövlətlərdən məşqçilər iştirak ediblər.
Onlar 1 ay müddətində “Gündoğar ölkə”nin tanınmış mütəxəssisləri ilə təşkil olunan toplantıda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə sonda diplom verilib. Ona diplomu Yaponiya cüdo federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.