- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0
Sabah “Voronej-2016” 20-ci beynəlxalq şahmat festivalı start götürür. Allsport.az saytı xəbər verir ki, Alexin memorialı da adlanan festivalın proqramına rapid (11 iyun), “Master Open” – Rusiya kuboku mərhələsi (12- 20 iyun), “FİDE Open” (12-21 iyun), blits (17 iyun) və məhdud imkanlı şəxslər üçün “Ümid yelkəni” (13-19 iyun) turnirləri daxildir.
Bu turnirlərdə Azərbaycan idmanının şərəfini qrossmeyster Ülvi Bacarani və Elmar Qasımov qoruyacaqlar. “Voronej-2016” 20-ci beynəlxalq şahmat festivalı iyunun 21-də başa çatacaq.
Alyoxin Memorialı hər il Voronej vilayəti qubernatoru Aleksey Qordeyevin, Voronej vilayət hökumətinin və Şahmat Peşəkarları Assosiasiyasının dəstəyi ilə keçirilir.