- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kubokunda ilk görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” 1/16 finalda Belçikada yerli “Hermes”lə qarşılaşıb.
Matç rəqibin 3:0 qələbəsi ilə bitib. Komandamız mübarizəyə 1-ci dəfə olaraq ilk milli idman brendi “İl’Azero” (“Bir azərbaycanlı”) ilə çıxıb. Cavab oyunu da Oostendedə keçiriləcək.