- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybolçular arasında yüksək liqanın 7-ci turunda “Azərreyl” klubu “Murov”a 3:0 qalib gələrək liderliyini qoruyub. Macarıstanda legionçu həyatını yaşayan Şəfaqət Alışanova (Həbibova) bu qarşıdurmada flaqmanla ilk oyununu keçirib. Millinin toppaylayıcısı təəssuratını allsport.az saytı ilə bölüşüb:
“Görüş maraqlı və gərgin keçdi. Sonda sevinən tərəf olsaq da, rəqib ciddi müqavimət göstərdi. Bu matçda biz topun qəbulunda çox yaxşı oynadiq. “Murov” isə əksinə, qəbulda zəif çıxış etdi. Üstəlik, blok sistemimiz çox gözəl işlədi və layiqli qələbə qazandiq”.