- Baxış sayı: 18
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 61
- Noyabr 21, 2024
- 0
Həftəsonu “AHF arena”da qadın həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarında lider “Azəryol” ölkə çempionatının mükafatlarına iddialı “Qarabağ”a hər 2 görüşdə qalib gəlib – 35:31, 30:28. Flaqmanın, eləcə də millinin qapaçısı Azaliya Həsənova bu matçlarda inamlı təsir bağışlayıb. O, allsport.az saytına fikrini açıqlayıb:
“Hər 2 oyun gərgin və maraqlı mübarizə şəraitində keçdi. Tərəflər gözəl, peşəkar oyun görsətdi. Hər top ugrunda gərgin mücadilə getdi. Sonda qələbə bizim oldu. Bu münasibətlə başda baş məşqçi Cingiz Əzimov olmaqla, bütün komandanı təbrik edirəm. Qələbələrimizin davamlı olacağına inanıram”.