Azad Rəhimov BƏƏ Şahmat Federasiyasının rəsmisi ilə görüşüb

Gənclər və idman naziri Azad Rəhimov “Büllur saray”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaişlə görüşüb. Allsport.az saytı xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışan qonaq, yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Həm qonaqlar, həm də iştirakçılar üçün lazımi şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnun olduğunu söyləyib.

Qeyd edək ki, sentyabrın 11-də Bakıda FİDE-nin Baş Assambleyasının növbəti iclası öz işinə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmi nümayəndələri iştirak edəcək.

Həmin kateqoriyadan