Azad Rəhimov “Büllur saray”da Şahmat olimpiadasına son hazırlıqla tanış olub

Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Büllur saray”da olub. Allsport.az saytı xəbər verir ki, ona hazırlıq barədə məlumat verilib. BCOOC direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib.

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb.

Xatırladaq ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılışı sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

Həmin kateqoriyadan