AzAL “Neftçi” ilə oyundan məğlub ayrıldı

Bu gün Topaz Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, günün yeganə oyununda AzAL doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, bu mövsüm sözügedən komandalar arasında keçirilmiş ilk oyunda “Neftçi” 4:0 hesabıyla qalib gəlmişdi. Bu il keçirilmiş AzAL – “Neftçi” matçında isə meydan sahibləri 2:1 hesabıyla üstün olmuşdular. Bu dəfə paytaxt derbisində hansı komandanın qalib gələcəyi maraqla gözlənilirdi.

Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqların heyətində Kanalesin vurduğu erkən qol Arif Əsədovun komandasına vacib 3 xal qazandırıb.

Topaz Premyer Liqası
3-cü turun oyunu
24 fevral

AzAL – “Neftçi” – 0:1 (0:1)
Qol: N.Kanales, 8 (0:1).
Bakı. “AzAL Arena”.

AzAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 8. Seymur Əsədov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 18. Orxan Lalayev, 22. Eltun Yaqublu, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 7. Araz Abdullayev, 22. Rauf Əliyev, 28. Emin Mehdiyev, 33. Orxan Bəşirov, 37. Kamal Qurbanov, 49. Mirabdulla Abbasov.
Baş məşqçi: Arif Əsədov.

Həmin kateqoriyadan