- Baxış sayı: 20
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Napoli”nin baş məşqçisi Antoniyo Konte “A” seriyasının 10-cu turunda “Milan”ı məğlub etdikdən (2:0) sonra komandasının cari mövsüm üçün hədəflərini açıqlayıb.
Allsport.az xəbər verir ki, Konte açıqlamasında əsas məqsədlərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu deyib:
“Bu il gördüyümüz işlərə realist yanaşmalıyıq. Bilirəm ki, karyeramda müəyyən uğurlar əldə etdiyim üçün azarkeşlər məndən titullar gözləyir. Mövsümə başlayan hər klub öz məqsədini bilir, biz də öz məqsədimizi bilirik – Avropaya qayıtmaq. Hazırda beş-altı klubun eyni ambisiyaları olduğunu da bilirik.
Skudetto qazanmaq istədiyimizi gizlətmirik, amma əsas hədəfimiz bu deyil”.
Neapollular hazırda 10 turdan sonra 25 xalla birinci pillədə qərarlaşıb.