- Baxış sayı: 71
- 30 Sentyabr 2024 11:57
- Baxış sayı: 63
- Noyabr 25, 2024
- 0
Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində daha bir yenilik edib.
Allsport.az saytı xəbər verir ki, qısa müddət ərzində AzDBTİA-nın nəzdində fəaliyyət göstərən multimedia mərkəzində (tədris studiyası) fənlər üzrə video dərslər hazırlanaraq tələbələrin ixtiyarına verilib. Bütün kafedralar üzrə professor-müəllim heyəti tərəfindən keçirilən dərslərdə əsas mövzulara toxunularaq, həmin mövzular üzrə mühazirələr slayd şəklində təqdim olunub.
Artıq 70-dən çox videodərs hazırlanaraq hissə-hissə akademiyanın rəsmi Yutub kanalına yüklənilir. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tələbələr də onlayn şəkildə dərslərdə iştirak edərək yeni biliklərə yiyələnə bilirlər.