AzDBTİA-da ÜST nümayəndələri ilə görüş

Dövlət bədən tərbiyəsi və idman akademiyasında ümumdünya səhiyyə təşkilatının Avropa üzrə regional idarəsinin reabilitasiya və əlilliyin inklüzivliyi üzrə texniki direktor Kathal Morqan, köməkçi texnologiyalar üzrə regional məsləhətçi Andrea Pupulin və “Atscale – köməkçi texnologiyalar üzrə qlobal tərəfdaşlığı”ınn siyasət və sistemlər üzrə mütəxəssisi Anil Kaşyapdan ibarət missiyası ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, AzDBTİA rektoru Fuad Hacıyev, prorektorlar Təhminə TağızadəFərid Mansurovun iştirakı ilə keçirilən görüşdə ÜST-nin köməkçi texnologiyalar sektorunun gücləndirilməsi layihəsi əsas müzakirə mövzusu olub. Həmçinin, akademiyada reabilitasiya sahəsində “İdman tibbi və reabilitasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

Həmin kateqoriyadan