“Narkotik vasitələr gənclər arasında getdikcə daha çox fiziki sağlamlığa ciddi təsir göstərməkdədir”
- Baxış sayı: 142
- 22 Aprel 2025 14:00
AzDBTİA-da video-konfrans formatında “Bədən tərbiyəsi və idman: innovasiyalar və inkişaf perspektivləri” mövzusunda tələbə elmi-praktiki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki,2 gün onlayn davam edən toplantıda 28 tələbə məruzə ilə çıxış ediblər.
Tədbirdə bədən tərbiyəsi və idmana aid olan innovasiyalar və perspektivlər təqdim edilib. Tələbələr tərəfindən idman tibbi reabilitasiyası üzrə tətbiq olunan müasir texnologiyalar haqqında, menecment sahəsində idarəetməyə aid olan innovasiyalar, təhsil sisteminin yenilikləri haqqında maraqlı təqdimatlar və çıxışlar dinlənilib.