- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 185
- Mart 19, 2026
- 0

Zöhrə Ağamirova çoxnövçülük proqramı üzrə Paris-2024 xalşasında mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, təsnifat mərhələsində 4 alətlə çıxış edib. Gimnastımız topla 30.200, halqa proqramında 32.500, lentlə hərəkətlərdə 28.400, gürzlərlə 26.750 xallıq nəticə göstərib.
Çoxnövçülük üzrə əldə etdiyi 117.850 xalla təsnifat mərhələsinin sonunda 19-cu sırada qərarlaşıb. İlk 10 nəfər finala vəsiqə qazanıb.
Zöhrə Ağamirova bundan əvvəl Tokio-2020-də iştirak edib və Azərbaycanın gimnastika tarixində bədii gimnastika üzrə fərdi proqramda olimpiadada ölkəmizi təmsil etmiş ilk azərbaycanlı olub.